Şənbə , 6 Dekabr 2025
Drone Cameras

İitkin düşən daha iki hərbçimizinəşi tapılıb

Həyata keçirilən istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşən daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

Bu barədə “Report”a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, itkin düşən digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah rəhmət eləsin!

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …