Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İİTKM: “Azərbaycan qeyri-neft məhsullarının ixracını 59 % artırıb”

Bu ilin yanvar ayında Azərbaycanın ixracınn dəyəri 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 59 % çox – 232,2 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.

Ötən ay meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib.

Bundan başqa, son 1 ildə kimya sənayesi məhsullarının ixrac dəyəri 9,3 dəfə, pambıq lifinin ixrac dəyəri 56,4 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 56,5 %, pambıq iplik ixracının dəyəri 34,5 %, şəkər ixracının dəyəri 24,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracının dəyəri isə 10,2 % artıb.

Hesabat dövründə yeyinti məhsulları üzrə ixracın dəyəri 31 % artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 71,9 % artaraq 172 milyon ABŞ dolları təşkil edib.

Check Also

TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb

Bu gün Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) və Türk …