Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

İki metrostansiyanın girişi açıldı

Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq avqustun 21-dən metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş edilir. Tövsiyə olunur ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Check Also

“Ramiz Mehdiyev işi” çərçivəsində iki sabiq nazirin əmlakı müsadirə oluna bilər – ŞOK ADLAR

2025-ci ilin oktyabr ayında Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 193-1.3.2-ci (cinayət …