“Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin birinci turunda “Millət İttiqı’nın, yaxud terror təşkilatı PKK-nın siyasi qanadı olan HDP-nin kənardan dəstəyi ilə yeddili ittifaqın namizədi olan Kemal Kılıçdaroğluna iki milyon yarım səs çoxluğu ilə önə keçdi. Lakin Cumhurbaşkanlığı Hökümət Sisteminin zəruri bildiyi 50+1 səs çoxluğu toplanmadığı üçün Türkiyə Yüksek Seçim Kurulu (YSK) ikinci tur seçki keçirilməsi qararı verdi. Əslində iki liderin arasında hər zaman liderlik bacarığı və idarəetmə təcrübəsi baxımından arada olan fərq xalq tərəfindən bir daha müəyyən edilmiş oldu. İki namizədin arasında olan iki milyon yarımlıq səs fərqi ölkəmizdə iki böyük şəhərin əhalisi anlamına gəlir”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Newscenter.az-a Türkiyənin “Yeni Akit” qəzetinin Ankara xəbər müdiri Muhammet Kutlu 14 may seçkilərini dəyərləndirərkən səsləndirib. Muhammet Kutlu 28 may tarixində baş tutacaq seçkilərin ikinci turunda arada olan səs fərqinin daha da çox olacağı qənaətindədir:
“Çünkü ikinci turda, seçkinin sona çatmamasına səbəb olan Sinan Oğan kimi bir üçüncü namizəd olmayacaq. Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu seçki mübarizəsində yarışacaq. Bir növ tərəzinin iki gözü kimi. Hansı namizəd xalqın nəzərində ağır gələcəksə, o namizəd də qələbə qazanacaq”.
Muhammet Kutlu hesab edir ki, CHP və “Millet İttifaq”ı dairələrində ilk turda 5,17 faiz səs toplamış Sinan Oğan ilə ittifaq yaratmaq ümidi var:
“Ancak Sinan Oğan həm bu səslərə hakim deyil, həm də Oğan bu səsləri milliyətçi olduğu üçün aldı. Dolayısıyla içində HDP-nin və dolaylı olaraq PKK və diğər sol terror təşkilatlarının olduğu bir ittifaqa dəstək verəcəyini açıqlamaz. Əgər bunu açıqlayarsa, bu onun da xalq arasında siyasi həyatının sonu olar”.
Muhammet Kutlu deyir ki, “Cumhur İttifaqı”nı təmsil edən AK Parti, MHP, BBP, YRP kimi partiyalar öz bazalarına hakim durumdadırlar:
“Xüsusilə AK Parti və MHP təşkilatları son dərəcə intizamlı və liderlərinə bağlıdılar. Bu səbəblə 28 mayda keçiriləcək seçkilərin ikinci turunda səsverməyə itkisiz gedəcəklər. Yeddili ittifaq isə bir-birinə bənzəməz partiyalardan formalaşmış ittifaq olduğu və ilk turda iki milyon yarım səs uğursuzluğu yaşadığı üçün onun seçicisinin böyük bölümü səsverməyə getməyəcək. Nəticə etibarilə, prezident Rəcəb Tayyib Ərdoğanın Kaamal Kılıçdaroğluna ən az 10 faizlik fərqlə qələbə qazanacağını düşünürəm”.