Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

İlham Əliyev: “Azərbaycan İslam həmrəyliyinə töhfə verir”

“Azərbaycan İslam həmrəyliyinə töhfə verir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı deyib.

“Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi bir inkişaf dinamikası var. 2006-cı ildən Azərbaycan təşkilatın müşahidəçi qismində üzvüdür. Bizim Liqaya daxil ölkələrlə də yaxşı münasibətlərimiz var. Ümidvaram ki, yaxın gələcəkdə bu əməkdaşlığın yeni üfüqləri inkişaf edəcək. Biz, xüsusilə ikitərəfli əməkdaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə önəm veririk”, – Prezident qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Qoşulmama Hərəkatında güclü mövqeyə malikdir.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …