Cümə , 22 Noyabr 2024
Drone Cameras

İlham Əliyev: “Qarabağın yaşıl enerjinin inkişafı üçün əhəmiyyətli potensialı var”

“İlkin məlumata görə, azad edilən ərazidə 9 200 meqavatt günəş və külək enerjisi potensialı var”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə söyləyib.

“Artıq 20 meqavatlıq stansiya istifadəyə verilib, bu il daha 25 meqavatlıq stansiya istifadəyə veriləcək, amma bunlar yalnız su elektrik stansiyalarıdır, burada hidroenergetikanın daha böyük potensialı var. O ki qaldı Qarabağda günəş və külək enerjisinə, biz hazırda Cəbrayılda 240 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı BP ilə danışıqların yekun mərhələsindəyik. Biz həmçinin beynəlxalq şirkətlərlə Kəlbəcərdə 100 meqavatt gücün yaradılmasını müzakirə edirik. Bundan əlavə, bizim iki təməlqoyma mərasimimiz olub – Səudiyyə Ərəbistanının “Aquapower” və BƏƏ-nin “Mazdar” şirkətləri tərəfindən inşa edilən ümumi gücü 430 meqavatt olan iki – 1 günəş və 1 külək elektrik stansiyası”, – deyə dövlət başçısı bildirib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …