Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İlin əvvəlindən 70 min miqrant dənizlə Avropaya gəlib

Cari ilin 5 ayı ərzində təqribən 70 min mühacir və qaçqın Aralıq dənizi ilə Avropaya gəlib.

Trend-in məlumatına görə, bunu brifinqdə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman deyib.

O qeyd edib: “BMT-nin Miqrasiya Agentliyi bildirir ki, ilin əvvəlindən mayın 28-dək Avropaya dəniz yolu ilə 69 574 nəfər miqrant və qaçqın gəlib. Onlardan 80 faizdən çoxu (58 944 nəfər) İtaliya, qalanları isə Yunanıstan, Kipr və İspaniya vasitəsilə gəlib”.

C.Millman xatırladıb ki, ötən ilin analoji dövründə bu Avropaya 198 346 nəfər gəlmişdi:

“Cari ilin əvvəlindən 1569 nəfər Avropa sahillərinə çatmamış ölüb”.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir