Futbol üzrə İslandiya yığması əhalinin sayına görə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ən kiçik ölkə olub.
Boyukmillet.com-ın RT-yə istinadən xəbərinə görə, hazırda ada dövlətində 330 min nəfər yaşayır.
Bundan əvvəli rekord Trinidad və Tobaqoya məxsus idi – 1,3 milyon.
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin “I” qrupunun qalibi olan İslandiya Xorvatiya, Ukrayna, Türkiyə, Finlandiya və Kosovo komandalarını qabaqlayıb. Son turda islandiyalılar Kosovonu 2:0 hesabı ilə məğlub ediblər.