Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

Türkiyəyə hücum edəcəklər

TSK-nın İdlibə girməsi ilə vahiməyə düşən terror təşkilatı PKK/PYD,bazar günü Suriyanın şimalında 4 ayrı toplantı keçirib.

Boyukmillet.com-un bildirdiyinə görə, bu barədə Türkiyə KİV-i xəbər verib.

Türkiyənin İdlib əməliyyatı ABŞ və PKK-nın ipini çəkdiyi terror cəbhəsini hərəkətə gətirdi. Terror təşkilatı PKK-PYD işğal altında tutduğu Afrin,Tel Abyad, Münbiç və Eyn el-Arabda 8 oktyabrda sinxron görüşlər keçirilib. İclaslarda Afrin başda olmaqla, Türkiyə sərhəddinin sıfır nöqtəsindəki bütün bölgələrin möhkəmlədilməsi üçün əlavə hərbçilərin yerləşdirilməsi qərara alınıb. Terror təşkilatı İdlibə girən Türkiyə ordusunun əsl hədəfinin Afrin və PKK olduğunu vurğulayıb. Buna görə də təşkilat üzvlərinə “müharibəyə hazır olun” göstərişi verib.
 
TÜRKİYƏYƏ HÜCUM EDƏCƏKLƏR
 
Əldə edilən məlumatlara görə, Afrin toplantısında PKK-PYD-nin hərbi komandiri “Renas” kod adlı terrorçu İdlib əməliyyatının Afrində PYD-ni təcrid cəhdi olduğunu deyib: “Afrinə ediləcək hər hansı bir hücum müstəqil bir bölgəyə qarşı təcavüzlə bərabər olaraq görüləcək. AMERİKALI və Avropalı dostlarımızdan bu barədə söz aldıq. Türkiyəyə qarşı siyasi və hərbi hazırlıqlarımızda dostlarımızın dəstəyi davam edir”.
PKK-nın Afrin hərbi komandiri bildirib ki, bütün sərhəd xəttindən PYD Türkiyəyə hücum hazırlığında olacaq və Türkiyəyə birbaşa təcavüzə başlayacağıq. PKK-PYD-nin keçirdiyi toplantılarda başda Münbiç olmaqla, Eşrefiye, Şeyx Maqsud və yeni işğal bölgələrindən sərhəd xəttinə döyüşçü gətirilməsi qərara alınıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir