Şənbə , 27 Aprel 2024
Drone Cameras

İlyas Hacıyev: Zəfər günü xalqımızın tarixində xüsusi əhəmiyyətə malik tarixi hadisə olduğuna görə biz mədəniyyət işçiləridə burada üzərimizə düşən işləri layiqincə yerinə yetirməyə çalışırıq

Azərbaycanın Qarabağda qazandığı Zəfər ölkəmizin hər yerində böyük coşqu ilə keçirilibdir. Bərdə Regional Mədəniyyət İdarəsinin hazırladığı bayram proqramı özünün xüsusi özəlliyi ilə seçilib. Bərdə, Tərtər, Yevlax və Mingəçevir şəhərlərində təşkil edilən konsert proqramlarında ictimaiyyət nümayəndələrinin və vətəndaşların daha fəal iştirakı medianın diqqətini çəkib.


Boyukmillet.com xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbəri İlyas Hacıyevin mətbuata verdiyi açıqlamada aşağıdakıları bildirib:


“Dövlət tədbirlərinin təşkilində regional idarəmiz daim fəallığ göstərib. Zəfər günü xalqımızın tarixində xüsusi əhəmiyyətə malik tarixi hadisə olduğuna görə biz mədəniyyət işçiləridə burada üzərimizə düşən işləri layiqincə yerinə yetirməyə çalışırıq.”

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …