Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

İmişlidə şəhidin təltif olunduğu “Vətən uğrunda” medalı ailəsinə təqdim edilib

Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Dədəkişiyev Cavid Gülbaba oğlunun ailəsinə igid döyüşçünün təltif olunduğu “Vətən uğrunda” medalı təqdim edilib.

Boyukmillet.com xəbər verir ki , tədbirdə şəhidin ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Şəhidin atası Gülbaba Dədəkişiyev oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə, həmçinin göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Qeyd edək ki, şəhid 1988-ci il iyulun 5-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak edən Cavid elə həmin istiqamətdə şəhidlik zirvəsinə ucalıb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …