Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

İmran Xan azadlığa buraxılıb

Pakistanın keçmiş Baş naziri İmran Xan azadlığa buraxılıb.

Boyukmillet.com xəbər verir ki, onun girov qarşılığında 2 həftəlik azadlığa buraxılması barədə qərar çıxarılıb.

Qeyd edək ki, İmran Xan mayın 9-da saxlanılıb. Mayın 11-də Pakistan məhkəməsi keçmiş Baş nazirin barəsində 8 günlük həbs qərarı çıxarıb. Bundan sonra ölkənin İslamabad, Peşavər, Haripur, Abottabad, Sialkot, Faisalabad, Ravalpindi, Lahor və başqa bölgələrində etiraz aksiyaları başlayıb.

Xatırladaq ki, sabiq Baş nazir xarici ölkə liderlərindən 630 min dollarlıq hədiyyə almaqda ittiham olunur.

Ona qarşı martın 19-da terrorçuluq ittihamı da irəli sürülüb.

Check Also

SEPAH Tel-Əvivdəki hökumət kompleksinə hava zərbələri endirir

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tel-Əvivdəki hökumət kompleksinə, Hayfadakı hərbi və güc strukturlarının mərkəzlərinə, həmçinin …