Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

İndoneziyada sərnişin avtobusu uçuruma yuvarlanıb, azı 26 nəfər həlak olub

İndoneziyada onlarla insanın həlak olması ilə nəticələnən ağır yol qəzası baş verib.

Boyukmillet.com-un məlumatına görə, bu barədə yerli hakimiyyətin nümayəndəsinə istinadən “Sinxua” agentliyi bildirib.

Qeyd edilir ki, hadisə Qərbi Yava vilayətində qeydə alınıb.

Avtobusun uçuruma yuvarlanması nəticəsində azı 26 nəfər həlak olub. Məlumata görə, hadisə zamanı avtobusda 62 nəfər olub.

Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, hazırda xilasetmə əməliyyatı aparılır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …