Şənbə , 6 Dekabr 2025
Drone Cameras

İnformasiya mənbələrinin hansı hallarda açıqlanmasına dair tələblər məlum olub

Azərbaycanda redaktor və jurnalistlərə informasiyanın mənbəyinin hansı hallarda açıqlamalarına dair tələblər məlum olub.

Boyukmillet.com xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” yeni qanun layihəsində əksini tapıb.

Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

1. insan həyatının müdafiəsi üçün;

2. ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;

3. ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

4. Bu qanunun 15.1.3-cü maddəsinin tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Check Also

Milli Məclis qanuna dəyişiklik etdi: Vəkillər Kollegiyasının sədri üçün müddət məhdudiyyəti ləğv olunur

Azərbaycan Milli Məclisinin oktyabrın 31-də keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər qəbul edilib. Yeni …