“Müharibədə qələbə çaldıq, ancaq hibrid və informasiya müharibəsində geri qalırıq. Haqlı olduğumuz halda bizi haqsız duruma sürükləmək istəyirlər. Bəli, doğru bildiyimiz işi davam etdirməli və Ermənistanla sərhədlərimizi müəyyənləşdirməliyik. Ancaq bunu edərkən ətrafı doğru bildiymiz iş barədə məlumatlandırmalı və inandırmağa çalışmalıyıq”.
Boyukmillet.com xəbər verir i, bunu politoloq Elxan Şahinoğlu deyirb.
“Bəs vəziyyət isə necədir? Ermənistan haray-həşir salır, İrəvandan Moskvaya, Parisə və Vaşinqtona zənglər edirlir, nəticədə müxtəlif mərkəzlərdən Azərbaycan əleyhinə açıqlamalar səsləndirilir, yazılar yayınlanır, günün sonuna yaxın Azərbaycanın müvafiq dövlət strukturlarının bəyanatlarıyla tanış oluruq. Yalan xəbəri birinci yayan öndə olur, bu hibrid və informasiya savaşının qaydasıdır. Cənablar fəallaşın, mətbuat konfransları və brifinqlər keçirin, qabaqlayıcı addımlar haqqında düşünün, təşəbbüskar olun, xarici dil bilən mütəxəssislərin imkanlarından yararlanın!”,-E.Şahinoğli bəzi dövlət qurumlarına müraciətlə həyəcan təbili çalıb.