“Pandemiyanın yaratdığı şərtlər elədir ki, mütləq çevik qərarlar verilməlidir. Hökumət də zərurət yarandığı üçün parlament müzakirələrinin aparılması ilə bağlı təşəbbüslə çıxış edib ki, bu da təqdir olunmalıdır”.
Boyukmillet.com xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib. O, bildirib ki, dövlət pandemiyanın qarşısını almaq üçün çox böyük işlər görür.
F. Mustafa vurğulayıb ki, ilk növbədə müdafiə xərclərinin artırılmasına diqqət yetirməliyik, ikincisi də vətəndaşın, sahibkarın durumuna fikir verməliyik: “
Bu gün Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acıanacaqlıdır. Vətəndaşa verilən 190 manat çox az məbləğ olsa da, zəruri bir yol idi, cəmiyyət də bunu anlayışla qarşıladı. 600 min əhaliyə 284 milyon verə bildik. Amma artıq evinə qapatdığımız vətəndaşa vəd vermirik ki, sənə nə verəcəyik? Yaxşı insanlar nə etsin? 190 manat nəyə çatacaq?
Amma heç olmasa bu, rəmzi xarakter daşıyan dövlətin dəstəyidir, bunu heç vaxt kəsmək olmaz. 1-2 aydan sonra bu, ölkəmiz üçün çox ciddi problemlərə gətirib çıxara bilər. Yaxud böyük iş yerlərinin açılmasını təmin etməliyik. 31 avqusta qədər böyük ticarət mərkəzləri bağlandı, orda çalışanlar nə ilə dolanmalıdır?”