“İqbal Ağazadə Rauf Arifoğlunun keçirməyə hazırlaşdığı tədbirə qarşı təxribat hazırlayır”.
Boyukmillet.com Musavat.com-a istinadən xəbər verir ki, bu iddia ilə İ.Ağazadənin seçki qərargahındakı qaynaq çıxış edib.
Məlum olduğu kimi, bu gün saat 15.00-da 35 saylı Xətai 3-cü Seçki Dairəsindən deputatlığa namizəd Rauf Arifoğlunun seçicilərlə növbəti görüşü keçiriləcək.
İqbal Ağazadə və onun ətrafında olan şəxslər bu görüşün baş tutmaması üçün əllərindən gələn hər şeyi edirlər, bu görüşü qaralamağa çalışırlar.
Musavat.com İqbal Ağazadənin öz tərəfdarlarına Rauf Arifoğlunun görüşünü pozmaq barədə göstəriş verməsi iddiasına Seçki Qərargahının rəyini alıb.
Oradan bildirilib ki, İ.Ağazadə və onun ətrafındakı şəxslərin təxribat hazırlığı barədə məlumatlar inandırıcı deyil, ancaq olsa da, bu təxribat cəhdləri baş tutmayaraq: “İqbal Ağazadə və ətrafındakı şəxslər bundan əvvəl də dəfələrlə belə təxribatlara əl atıblar. Ancaq həmin təxribatların qarşısı alınıb. Əminik ki, bu dəfə də onun təxribat cəhdi baş tutmayacaq və İqbal Ağazadənin pisliyi elə onun özünə qalacaq”.