Cümə , 29 Mart 2024
Drone Cameras

Ərdoğan zəlzələ nəticəsində ölən ana və uşağın cənazəsini ÇİYNİNDƏ DAŞIDI

Rəcəb Tayyib Ərdoğan iş proqramında dəyişiklik edərək ötən gün 6,8 bal gücündə zəlzələnin dağıntılar törətdiyi Elazığ şəhərinə gedib.

Boyukmillet.com vəbər verir ki, Türkiyə Prezidenti zəlzələ nəticəsində ölən Ayşe Civelek və 10 yaşlı oğlu Məhəmməd Salihin vida mərasimində iştirak edib və onların cənazəsini çiynində daşıyıb.

Mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, zəlzələdən zərərçəkmiş hər kəsə lazımi köməklik göstəriləcək, heç kəs diqqətdən kənarda qalmayacaq:

“Zəlzələnin nəticələri qısa müddətdə aradan qaldırılacaq, qəzalı vəziyyətə düşən binalar söküləcək, yerində yeniləri tikiləcək. .

Qeyd edək ki, zəlzələ nəticəsində 22 nəfər dünyasını dəyişib, 1030 nəfər xəsarət alıb. 40 nəfər dağıntılar altından çıxarılıb, 21 nəfərin isə axtarışları davam etdirilir.

Check Also

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

 Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …