Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

İqor Besiç: YAP-ın seçkilərdə üstünlük qazanması Prezident İlham Əliyevə etimadın göstəricisidir

Yeni Azərbaycan Partiyasının (YAP) seçkilərdə üstünlük qazanması Prezident İlham Əliyevə etimadın göstəricisidir.

Boyukmillet.com xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Serbiyadan olan üzvü İqor Besiç deyib.

O, Milli Məclisə seçkilərdə müşahidəçi qismində iştirakına şərait yaradıldığına görə Azərbaycana təşəkkür edib:

“QDİƏT PA-nın müşahidə missiyası müxtəlif seçki məntəqələrində olarkən seçkilərin demokratik qaydada keçirildiyini müşahidə edib. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla olan görüşdə də bildirdik ki, vətəndaşlara seçim üçün hər cür şərait yaradılıb. Serbiya parlamentinin uzunmüddətli təcrübəsinə dayanaraq deyə bilərəm ki, Azərbaycanda seçkilər demokratik keçirilib. Yeni Azərbaycan Partiyasını (YAP) seçkilərdə üstünlük qazanması münasibətilə təbrik edirəm. Bu, Prezident İlham Əliyevə etimadın göstəricisidir”.

İ.Besiç vurğulayıb ki, Azərbaycan və Serbiya arasında münasibətlər yüksək səviyyədədir.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …