Cümə , 30 Yanvar 2026
Drone Cameras

İran əfqanlarla bağlı qərar verdi – Kütləvi şəkildə…

İran son iki həftə ərzində 300 mindən çox əfqan miqrantı ölkədən deportasiya edib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Əfqanıstan hakimiyyətinə istinadən “The Telegraph” yayıb. Bildirilir ki, İran hakimiyyəti bu addımı mühacir əfqanların İsrailə casusluq edəcəkləri ehtimalına görə ölkənin təhlükəsizlik qüvvələrinin tələbi ilə atır.

Taliban 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra yüz minlərlə əfqan sığınacaq üçün İrana qaçıb. Onlar vətənə qayıtdıqdan sonra təqiblərlə üzləşə bilər.

İranda təxminən altı milyon əfqan qeyri-qanuni yaşayır, onların çoxu vətənlərində onilliklər davam edən münaqişələrdən qaçqınlardır.

“The Telegraph”ın məlumatına görə, iyunun 1-dən iyulun 5-dək İrandan 450 minə yaxın əfqan qayıdıb və bununla da son bir il ərzində vətənlərinə qayıdan əfqanların ümumi sayı 900 mindən çox olub.

Qeyd edək ki, 12 gün çəkən İsrail-İran münaqişəsi zamanı aydın oldu ki, İsrail dronların İran ərazisinə keçirilməsi üçün əfqanlardan istifadə edib.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …