Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

İran Fransa, Britaniya, Danimarka və Norveçdən ərazisinə girişi qadağan edib

İran İslam Respublikası koronavirusun “omikron” ştamı ilə mübarizə tədbirləri çərçivəsində Fransa, Britaniya, Danimarka və Norveçdən ərazisinə girişi qadağan edib.

Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir.

İranın rəsmi mətbuatına yayılan xəbərə görə, bu ölkələrdə yaşayan və ya tranzit uçuşlar həyata keçirən şəxslərin İslam Respublikasına girişi qadağan edilib.

Xatırladaq ki, Fransa, Britaniya, Danimarka və Norveçdə koronavirusun “omikron” ştamına yoluxma halları kəskin surətdə artır. Məsələn, təkcə Böyük Britaniyada koronavirusa yoluxanların 90%-dən çoxu “omikron” ştamı ilə bağlıdır. Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə, ötən gün ərzində koronavirusa rekord sayda – 183 min yoluxma qeydə alınıb.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …