Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İran heç vaxt Azərbaycana dost olmayıb – ÖZƏL

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan qonşu sarıdan yarımayıb və Türkiyə və Gürcüstanı çıxmaq şərtilə digər qonşularımız hər zaman ölkəmizə qarşı düşmən münasibətdə olublar”.

Bunu “OLAYLAR”-a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli səsləndirib. Mərkəz sədri bildirib ki, Rusiyanın Ermənistan və Qarabağdakı separatçılara dəstəyi, onların yenidən silahlanaraq revanşizmə cəhd göstərməsinə göz yumması, Ermənistanın sülh danışıqlarından imtina edib Azərbaycanla sülh müqaviləsi bağlamaqdan yayınması, eləcə də İranın Ermənistana bütün istiqamətlərdə dəstək nümayiş etdirməsi deyilənləri təsdiqləyir.

Samir Adıgözəlli bildirib ki, xüsusilə İranın Azərbaycana qarşı düşmən mövqeyi bizi daha çox narahat edir: “Baxmayaraq ki, İran adını İslam ölkəsi qoyub, ancaq İslamdan başqa bütün pisliklərlə məşğuldur. Güneyli soydaşlarımızın bütün hüquqlarını pozur, onlara öz ana dilində danışmağa şərait yaratmır, işğalçı, terrorçu Ermənistana dəstək verir”.
Samir Adlgözəlli deyib ki, İranın Ermənistana dəstəyinin arxasında bu ölkənin Azərbaycana qarşı düşmən mövqedə olması dayanır.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …