Şənbə , 10 Oktyabr 2026
Drone Cameras

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İranın Hörmüz boğazından kənarda, Fars körfəzi və Oman körfəzi istiqamətlərində kommersiya gəmilərinə qarşı hücumları genişləndirdiyi bildirilir.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Qətər yaxınlığında “Acers” tankeri, Birləşmiş Ərəb Əmirliklərinin sahilləri yaxınlığında isə “Gem No. 2” supertankeri hücuma məruz qalıb. Hadisələr zamanı gəmilərdə yanğınların baş verdiyi və xəsarət alanların olduğu bildirilib.

Nəşr vurğulayıb ki, hücumlar İranın strateji əhəmiyyətli dəniz marşrutuna nəzarətini gücləndirməyə və region ölkələrinin neft ixracını məhdudlaşdırmağa çalışdığı bir vaxta təsadüf edib.

“Euronews”un məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından icazəsiz hesab etdiyi marşrutlarla keçən gəmiləri regionun digər ərazilərində də təqib edəcəyi barədə xəbərdarlıq edib. Qurum belə gəmilərə qarşı tədbirlərin yalnız boğazla məhdudlaşmayacağını bəyan edib.

Bununla yanaşı, Qətər və BƏƏ yaxınlığında baş verən ayrı-ayrı hadisələrə görə İranın məsuliyyəti bütün hallarda müstəqil şəkildə təsdiqlənməyib. Dəniz təhlükəsizliyi qurumları bəzi hücumlar barədə məlumat yayıb, lakin hadisələrin səbəbləri və icraçıları ilə bağlı araşdırmalar davam edir.

Check Also

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti Donald Tramp dizel yanacağının qiymətlərinin kəskin ucuzlaşacağını və İranla qarşıdurmanın tezliklə başa çatacağını …