Bazar ertəsi , 13 Aprel 2026
Drone Cameras

İran İsrail və ABŞ-nin Natanzdakı nüvə obyektlərinə hücum etdiyini bəyan edib

ABŞ və İsrail dünən İran ərazisində bir neçə nüvə obyektinə hücum edib, xüsusilə Natanzdakı müəssisəyə zərər dəyib.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki səfiri Rza Nəcəfi jurnalistlərə bəyan edib.

“Dünən onlar yenidən İranın zəmanət altında olan dinc məqsədli nüvə obyektlərinə hücum ediblər”, – o bildirib.

Nəcəfi xüsusilə Natanzdakı nüvə obyektinin zədələndiyini vurğulayıb. Həmin kompleks ötən ilin iyununda da ABŞ və İsrailin avizəzərbələrindən zərər görmüşdü.

Check Also

İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib

İran ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə tam qadağa qoyur. Boyukmillet.com xarici mediaya istinadən …