Bazar , 23 Fevral 2025
Drone Cameras

“İran İsraildən daha çox müsəlman öldürüb” – Rəfsəncaninin qızından ŞOK AÇIQLAMA

“Bizim xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimlərin səhvlərindən daha çoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu “Al-Monitor”a müsahibəsində İranın mərhum prezidenti Əli Əkbər Hamişi Rəfsəncaninin qızı Faizə Rəfsəncani deyib.

O, İranın İsraildən daha çox müsəlman öldürdüyünü söyləyib:

“Bizim xətalarımız İsrail, ABŞ və şah rejimi də daxil olmaqla, “pis” adlandırdığımız bütün rejimin səhvlərindən daha çoxdur. Xalqımıza yaşatdığımız müsibətlərin heç birini onlar etməyib”.

Faizə Rəfsəncani İran hakimiyyətinin Suriya siyasətini də tənqid edib:

“Suriyada 500 min insan ölüb, bunda bizim də rolumuz var. Yəməndə yeddi ildir davam edən müharibədə də iştirak edirik. Müsəlmanlara qarşı qətliamlara başlamışıq”.

Rəfsəncani Fələstin-İsrail savaşında həlak olanlara da diqqət çəkib: “İtkilərin 100-200 mini keçdiyini düşünmürəm. Bu da o deməkdir ki, müsəlmanları öldürməkdə İsraili keçmişik”

Check Also

AQC-də yeni strukturlar yaradılıb və rəhbər vəzifələrə təyinatlar oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyəti və rəhbər şəxslərinin 2025-ci ildə ilk birgə toplantısı keçirilib.   Boyukmillet.com …