Cümə , 20 Mart 2026
Drone Cameras

İran parlamentinin daha bir deputatı koronavirusdan öldü – Foto

İran parlamentinin koronavirusa yoluxmuş deputatı Fatimə Rəhbər ölüb.

Boyukmillet.com xəbər verir ki, koronavirusa yoluxduğu üçün bir neçə gündür Tehran xəstəxanalarının birinin reanimasiya şöbəsində müalicə alan Fatimə Rəhbərin səhhəti martın 5-i axşam saatlarından başlayaraq kəskin pisləşməyə başlayıb.

həkimlərin ciddi nəzarəti altında saxlanılan Fatimə Rəhbər gecə saatlarından başlayaraq, artıq komaya düşüb və bu gün ölüb. 

Qeyd edək ki, Tehrandan deputat seçilən Fatimə Rəhbər, İran parlamentinin sərt xətt tərəfdarı olan mühafizəkar deputatlarından biri sayılırdı.

Check Also

İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb

İran hakimiyyəti Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də neft obyektlərinin yerləşdiyi ərazilərin sakinlərini bu obyektlərə gözlənilən …