Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İran parlamentinin fövqəladə iclası keçirilib

İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumla əlaqədar İran parlamenti fövqəladə iclasa yığışıb. 

Boyukmillet.com-ın məlumatına görə, qapalı keçirilən fövqəladə iclasda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də iştirak edib. 

Parlamentin Rəyasət Heyətinin sözçüsü Behruz Neməti toplantı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Ə. Şəmxani İraq Kürdüstanında keçirilən referendum və bölgədə bununla bağlı baş verən hadisələrə dair çıxış edib və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib: “Məsələlər müzakirə yolu ilə həll olunmalıdır. İraqın ərazi bütövlüyü ölkə Konstitusiyası və beynəlxalq müqavilələrə əsasən qorunmalıdır”.

Toplantının yekunları əsasında bəyanat qəbul edilib. Bəyanatda İraqın parçalanmasına yönəlmiş referendumu pislənib. Millət vəkilləri İraq mərkəzi hökumətini dəstəklədiklərini bildiriblər.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir