Cümə axşamı , 8 Oktyabr 2026
Drone Cameras

Ukraynada partlayış – 20 min əhali evakuasiya edildi

Ukraynanın Vinnitsa şəhəri yaxınlığında yerləşən silah anbarında güclü partlayış və yanğın baş verib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat verib. Məlumata görə, hadisə Vinnitsa şəhərindən 20 km uzaqlıqda yerləşən Kalinovka rayonundakı Yaquar hərbi hissəsinin içərisində yerləşən silah anbarında qeydə alınıb. 188 min ton hərbi sursatın olduğu anbarda “Smerç”, “Uraqan”, “Qrad” raketlərinin də saxlanıldığı bildirilib.

Hadisə səbəbindən polislər Kalinovkaya gedən yolu bağlayaraq, 24 min əhalini ərazidən evakuasiya ediblər. Hadisənin baş verdiyi ərazinin üzərində 50 km radiusunda hava məkanı tam bağlanıb.

Check Also

Qalmaqalda adı hallanan bağçanın müdiri işdən çıxarıldı

Bakıda 98 saylı uşaq bağçasının müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Boyukmillet.com xəbər verir …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir