Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

İran parlamentinin sədri: Rusiya ilə maliyyə əməliyyatlarını dollarsız həyata keçiririk

BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) verdiyi fürsətə əsasən, İranla Rusiya arasında bütün maliyyə əməliyyatları ABŞ dolları olmadan həyata keçirilir.

Boyukmillet.com xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Russia today” telekanalına müsahibəsində bildirib.

O, İranla Rusiya arasında dərin əlaqələrin mövcud olduğunu da vurğulayıb: “Bizim ümumi maraqlarımız və eyni zamanda ortaq düşmənlərimiz var”.

M.B.Qalibaf BRİKS-ə üzv dövlətlərin parlament sədrlərinin Rusiyada keçirilən toplantısında iştirak edib. İki ölkə arasındakı münasibətdən danışan parlament sədri daha sonra bildirib: “Rusiyaya səfərim zamanı ölkəmin ali rəhbəri ayətullah Xaməneinin yazılı müraciətini Rusiya Prezidenti Vladimir Putinə çatdırdım. Bizim iki ölkə arasında çox əhatəli uzunmüddətli sazişimiz var. Bu müqavilə müxtəlif sosial, mədəni, siyasi, təhlükəsizlik və müdafiə sahələrini əhatə edir”.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …