Cümə , 13 Mart 2026
Drone Cameras

İran səfirindən Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA

Türkiyədə vurulan raketləri üçüncü tərəf atıb.

Boyukmillet.com  xəbər verir ki, bunu İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullazadə bildirib.

Onun sözlərinə görə, İran Türkiyə hava məkanında vurulan raketlərlə bağlı hadisələrdə iştirak etmir və birgə işçi qrupu tərəfindən araşdırma gözləyir.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqləyib.

Qurumun “X” sosial səhifəsində paylaşdığı məlumatda bildirilib ki, İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub:

“Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş hər cür təhdidə qarşı bütün lazımi tədbirlər qətiyyətlə və tərəddüdsüz şəkildə görülür, hadisənin bütün aspektləri ilə aydınlaşdırılması üçün müvafiq ölkə ilə danışıqlar aparılır. Milli təhlükəsizliyimiz prioritet olmaqla bölgədəki bütün hadisələr diqqətlə izlənilir və qiymətləndirilir”.

Xatırladaq ki, NATO hava hücumundan müdafiə qüvvələri martın 4-ü və 9-da İrandan atılmaqla Türkiyə hava məkanına daxil olan iki ballistik raketi də məhv edib.

Check Also

İrandan Türkiyəyə atılan 3-cü ballistik raketin NATO HHM tərəfindən məhv edildiyi bildirilir

Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin …