Bazar , 19 May 2024
Drone Cameras

İran səfirliyinin əməkdaşları təxribat xarakterli fəaliyyətlərinə aydınlıq gətirməkdən yayınıblar

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları ölkəni tərk edən zaman təxribat xarakterli fəaliyyətlərinə aydınlıq gətirməkdən boyun qaçırıblar.

“Report”un Muğan bürosu xəbər verir ki, diplomatlar Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzər və ailə üzvləri Biləsuvar sərhəd-keçid məntəqsinə 3 nəqliyyat vasitəsilə gəliblər.

Onlar avtomobilin pəncərələrini bağlayaraq, jurnalistlərin suallarını cavablamaqdan imtina ediblər.

Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.

İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Check Also

Latviya parlamentinin sədri Füzulidə səfərdədir

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib. Boyukmillet.com xəbər verir …