Şənbə , 3 Oktyabr 2026
Drone Cameras

İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi

İran ABŞ-yə hərbi dəstək göstərən ölkələrə sərt xəbərdarlıq edib.

Boyukmillet.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai açıqlayıb.

Onun sözlərinə görə, ABŞ və İsrailin hərbi əməliyyatları üçün öz ərazilərini, bazalarını və digər hərbi infrastrukturunu istifadəyə verən dövlətlər bunun nəticələrinə görə məsuliyyət daşıyacaqlar.

İran XİN-in Teleqram kanalında yayılan bəyanatda bildirilir ki, belə ölkələr bu prosesdə iştirak etdiklərinə görə sonradan yaranacaq fəsadlara görə məsuliyyətdən yayınmayacaqlar.

İsmail Bəqai NATO-nun baş katibi Mark Rüttenin son açıqlamalarına da toxunub. O bildirib ki, Avropa ölkələri İran ətrafında yaranmış qarşıdurmada bitərəf mövqe nümayiş etdirməyiblər.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …