Cümə , 13 Mart 2026
Drone Cameras

İran XİN başçısı BMT Baş katibi ilə danışıb, ABŞ və Britaniyanın Yəmənə hücumunu strateji səhv adlandırıb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Qəzza zolağı və Qırmızı dəniz ətrafındakı son durumu müzakirə ediblər.

İran XİN rəhbəri ABŞ və Böyük Britaniyanın Yəmənə zərbə endirməsini pisləyib.

O, bunu regiondakı vəziyyəti daha da pisləşdirən strateji səhv adlandırıb.

Check Also

Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla müharibəni qızışdırmaq cəhdində ittiham edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. …