Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

İranda Azərbaycandakı mərkəzin rəhbərlik etdiyi bir neçə casus həbs edilib

İran təhlükəsizlik orqanları tərəfindən son vaxtlar Azərbaycan Respublikasından olan mərkəz tərəfindən idarə olunan bəzi casus və terrorçuların həbs olunduğu bildirilir.

Boyukmillet.com “Tasnim” agentliyinə istinadən əldə etdiyi məlumata görə həbs olunan şəxslər casusluqdan əlavə ölkədə təxribat əməliyyatları da həyata keçirməyi planlaşdırırdılar və hər hansı bir təxribat törətməzdəm əvvəl müəyyən edilərək həbs ediliblər.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) rəsmi açıqlama yayaraq İranda və dünyanın 28 ölkəsində İsrailin xeyrinə casusluq edən terrorçunuların müəyyən edildiyini və İranda həbs olunanlar oldugunu bildirib.

Check Also

Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət etdi

İran prezidenti Məsud Pezeşkian beynəlxalq ictimaiyyətə müraciət edib. Boyukmillet.com xəbər verir ki, o, X hesabında …