Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İranda koronavirusdan dünyasını dəyişənlərin sayı 17 190-a yüksəlib

İranda koronavirusdan dünyasını dəyişənlərin sayı daha 208 nəfər artaraq 17 190-a yüksəlib.

Boyukmillet.com xəbər verir ki, İranın Səhiyyə nazirinin sözçüsü Sima Sədat Lari dövlət televiziyasına açıqlamasında daha 2 685 nəfərdə isə virus aşkarlandığını bildirib. Bununla da ölkədə ümumi yoluxma sayı 309 437 nəfər olub.

Virusa yoluxanlardan 4089 pasiyentin vəziyyətinin ağır olduğunu deyən Lari sağalanların sayının 268 102-yə yüksəldiyini qeyd edib.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …