Çərşənbə , 4 Fevral 2026
Drone Cameras

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası Press TV məlumat yayıb. Bildirilir ki, matəm qərarı iğtişaşlar zamanı onlarla iranlının, o cümlədən təhlükəsizlik qüvvələrinin nümayəndələrinin həyatını itirməsi ilə bağlı verilib.

Məlumatda qeyd olunur ki, hökumət həlak olanların ailələrinə başsağlığı verib və hadisələrin araşdırıldığını açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Reuters agentliyi hüquq-müdafiə təşkilatlarına istinadən iğtişaşlar zamanı 490 etirazçının və 48 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyünün təsdiqləndiyini yazmışdı. Rəsmi Tehran isə ölənlərin real sayı ilə bağlı alternativ rəqəmlər açıqlamayıb.

Hadisələrlə bağlı ölkədə gərginliyin davam etdiyi bildirilir.

Check Also

Qəzzada qoşunların atəşə tutulmasından sonra İsrail ordusu HƏMAS komandirinə zərbə endirib

İsrail Qəzza zolağının cənubunda HƏMAS hərəkatının səhra komandiri Bilal Əbu Assiyə zərbə endirib. Boyukmillet.com xəbər verir …