Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

İranda xəbər portalının rəhbəri edam olunacaq

İran məhkəməsi xəbər portallarından birinin rəhbəri barəsində edam hökmü çıxarıb.

Boyukmillet.com xəbər verir ki, bunu İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.

Onun sözlərinə görə, “Amad nyuz” xəbər portalının rəhbəri Ruhullah Zam xarici kəşfiyyatdan yardım aldığı üçün 2019-cu il oktyabr ayının ortalarında İran İnqilab Keşikçiləri Qvardiyası tərəfindən həbs olunub.

Bildirilib ki, R.Zam 2017-ci ilin dekabrından 2018-ci ilin yanvar ayınadək İranda keçirilən etiraz aksiyalarını rəhbərlik etdiyi xəbər portalında fəal şəkildə işıqlandırıb.

O, inqilab əleyhinə fəaliyyət göstərməkdə ittiham olunub. Bildirilib ki, Fransa kəşfiyyatı R.Zamın fəaliyyətini idarə edib. O, ABŞ və İsrailin kəşfiyyat xidmətlərindən də maliyyə dəstəyi alıb.

Qeyd edilib ki, R.Zam Parisdə sürgündə yaşayıb. Onun harada və hansı şəraitdə həbs olunması barədə məlumat verilməyib. 

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …