Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

İrandan Azərbaycana 10 kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 10 kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, ümumi çəkisi 9 kiloqram 640 qram narkotik vasitəyə bənzər maddələr (7 kq 620 qram “marixuana” və 2 kq 020 qram “tiryək”)aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Qarlı havaya görə 15 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 …