Şərq və İran ətrafında baş verən proseslər bu ölkədən Azərbaycana gələn məhsulların qiymətinin artımına səbəb olacaq.
Bunu ABC.AZ-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib. İqtisadçı bunu İran bazarına olan təzyiqlə əlaqələndirib.
Müharibə şəraiti qiymətlərin artımına səbəb olur deyən V.Oruc hesab edir ki, bu Azərbaycan bazarında ciddi təsir etməyəcək:
“İran məhsullarının Azərbaycandakı payı 5 faizi keçmir. Əvvəllər, Qarabağ işğaldan azad olunmayan dövrdə və Naxçıvanın hər tərəfdən blokadada olduğu vaxt olsaydı, təbii ki, bu Azərbaycan bazarına çox böyük təsir göstərərdi. Bildiyiniz kimi, quru sərhədlər bağlı olduğundan və eyni zamanda Naxçıvanla mərkəzin hal-hazırda sosial-iqtisadi-siyasi baxımdan mövqeləri, əlaqələri daha da yüksək səviyyədə qurulduğundan düşünürəm ki, İran məhsullarının bahalaşması nəticəsində alternativ idxal proqramları üzərində işlənilərsə, bu yerli bazara o qədər təsir göstərməyəcək. Tərəvəz, meyvə, göyərti, un və süd məhsulları, o cümlədən bəzi istehsal materialları, komponentləri hansı ki, İrandan gətirilir, bu zaman qiymət artımına məruz qalacaq. Düşünürəm ki, neftin qiymətinin artması nəticəsində ilkin olaraq 3-10 faiz civarında artımı biz gözləyirik. Amma, müharibə daha çox davam etsə, həmin məhsulların qiymətində hətta 20 faizə qədər artım reallaşa bilər”.
Müəllif: Elmir Muradov
Boyukmillet.com Biz yanmasaq vətən yanar
