Cümə axşamı , 27 Mart 2025
Drone Cameras

İrandan Bakıya gətirilən 10 kq narkotik vasitənin qarşısı alınıb

Lerikdə 10 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Boyukmillet.com -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Qeyd edilən əməli törədən şəxslər – Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiklərini və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Check Also

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb

Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb. Bu barədə Boyukmillet.com yerli mətbuata istinadən xəbər verir. Məlumata …