Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

İranlı vəkillər Fəridi müdafiə etməkdən qorxurlar – Mahmudi

Fərid Səfərlinin cinayət işini hüquqi deyil, siyasi proses olaraq dəyərləndirirəm və qınayıram.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi Fəridə qarşı irəli sürülmüş yeni ittihamı şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni ittiham əvvəlkinə nisbətən daha yüngül hesab olunur:

“Fərid Səfərlinin ittihamının dəyişdirilməsi onun xeyrinədir. Əvvəlki casusluq ittihamına görə azərbaycanlı gəncin cəzası 2 ildən 10 ilə qədər ola bilərdi. Casusluq niyyəti ittihamı sübut olunarsa, ona 1 ildən 5 ilədək cəza tətbiq olunma ehtimalı var”.

Tanınmış hüquqşünas Fərid Səfərlinin hələ də vəkillə təmin olunmamasına da münasibət bildirib:

“Vəkil məsələsi qəlizdir. Hazırda Tehranın Evin həbsxanasında saxlanılan tələbənin vəkillə təmin olunmamasının səbəbləri aydındır. Bəzi vəkillər qorxub çəkinir deyə bu məsələ belə qalıb”.

Qeyd edək ki, F.Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da Fəridlə bağlı bu ölkəyə nota verib.

Check Also

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

Azərbaycanda məhkum cəriməsini müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq. Boyukmillet.com xəbər …