Şənbə , 28 Mart 2026
Drone Cameras

İraq hərbçiləri İŞİD-in 9 terrorçusunu məhv edib

İraqın hərbi qüvvələri Diyala əyalətinin şərqində İŞİD terror qruplaşmasının sığınacağına hava zərbəsi endirib.

Boyukmillet.com telekanalına istinadən xəbər verir ki, bu barədə respublikanın təhlükəsizlik qüvvələrinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Məlumatda qeyd edilir ki, zərbə nəticəsində İŞİD-in 9 terrorçusu məhv edilib. Onların hamısının İraq hərbçilərinə qarşı son hücumda əli olduğu iddia edilir.

Xatırladaq ki, hadisə yanvarın 21-də baş verib. “SHAFAQ News” xəbər portalı İŞİD qruplaşmasının Diyala vilayətinin Əl-Əzim rayonunun qərbindəki ordu obyektlərindən birinə hücumu barədə məlumat yayıb. Hücum nəticəsində 11 əsgər həlak olub.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …