Şənbə , 7 Mart 2026
Drone Cameras

İraqda ABŞ-nin hərbi bazasına raket hücumu olub

İraqın Ənbar əyalətinin Ayn-əl-Asad rayonunda ABŞ-nin hərbi bazası raket hücumuna məruz qalıb.

Boyukmillet.com  xəbər verir ki, məlumatı “Sky News Arabia” telekanalı yayıb.

Məlumata görə, ABŞ bazasına hücum noyabrın 21-də səhər saatlarında edilib. Hadisə nəticəsində dəyən ziyan və itkilər barədə informasiya verilməyib.

“İraq İslam müqavimət” hərəkatı noyabrın 20-də axşam saatlarında Birləşmiş Ştatların Ayn-əl-Asad bazasına PUA ilə hücum etdiyini bildirmişdi.

Check Also

İsrail ordusu 80-dən çox qırıcı ilə Tehrandakı hərbi infrastruktura növbəti zərbə endirib

İsrail Müdafiə Ordusu İranın mərkəzi hissəsində, Tehranda İranın hərbi infrastrukturuna növbəti zərbə endirib. Boyukmillet.com xəbər …