Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

İraqda valideynlər övladlarını satmaq istəyərkən saxlanılıblar

İraqda iki övladını 150 min ABŞ dollarına satmaq istəyən valideynlər saxlanılıblar.

Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyinə bağlı İraq Federal Kəşfiyyat və Təhqiqat Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Anbar şəhərində baş verib.

Vurğulanıb ki, daxil olan operativ məlumat əsasında bir qız və bir oğlunu 150 min ABŞ dollarına satmaq istəyən valideynlər cinayət başında yaxalanıblar.

Faktla bağlı hazırda araşdırma aparılır.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …