Cümə , 22 Noyabr 2024
Drone Cameras

İSBAM CƏBHƏDƏKİ DÜŞMƏN TƏXRİBATI İLƏ BAĞLI BƏYANAT VERDİ

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) cəbhədə baş verən erməni təxribatı ilə bağlı bəyanat qəbul edib.

 Boyukmillet.com  bəyanatı təqdim edir:         

   

İşğalçı Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən hərbi-siyasi təxribatlar son dövrlər daha intensiv xarakter alıb.Azərbaycanın sərhəd bölgələri, mülkü vətəndaşları düşmən hərbi qüvvələrinin hədəfinə çevrilib.

 Bütün bu hadisələr Ermənistandakı Paşinyan rejimi tərəfindən sülh danışıqlarının tamamilə pozulması deməkdir. Beynəlxalq hüquq normalarını heçə sayan işğalçı Ermənistan dövləti növbəti hərbi təxribatlara hazırlıq içərisində olduğu müşayiət edilməkdədir.İşğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazilərinə qeyri leqal hərbi birləşmələr,terror qruplaşmlarının üzvlərini Ermənistan tərəfindən kütləvi yerləşdirilməsi həyata keçirilməkdədir.

Livan erməniləri adı altında ASALA və PKK terror təşkilatlarının üzvlərini kütləvi surətdə Azərbaycan ərazisində yerləşdirilməsi BMT və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş aktlara tamamilə ziddir.

  Bu addımlar bir daha Ermənistan dövlətinin təcəvüzkar siyasət yürütdüyünü və terror təşkilatları ilə birgə hərbi cinayətlərdə iştirakının bəyanıdır

Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi bütün təxribatlara ordumuz dövləti ilə xalqı ilə birlik iradəsi nümayiş etdirərək layiqli cavabını verib və verəcəkdir. Bu ilin iyul ayında Tovuz istiqamətində düşmən aldığı cavabı Azərbaycan əsgəri tərəfindən bundan sonra da daha kəskin daha sarsıdıcı alacaqdır.

Vətənimizin ərazi bütövlüyü və işğal altında olan torpaqlarımızın azadlığı ugrunda apardığımız haqqlı mübarizədə  dövlətimizin və xalqımızın qətiyyətini, ordumuzun düşməni ininə qədər qovub yox edəcək həmləsini işğalçı çox yaxın zamanda görəcəkdir.

 İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olaraq qəhraman ordumuzla, dövlətimizlə fəxr etdiyimizi,düşmən fitnəsinə qarşı mübarizədə Ali Baş Komandanın əmrinə tam hazır olduğumuzu bəyan edirik.

İSBAM idarə heyyəti

21.09.2020 ci-il

                  

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …