Şənbə , 10 Yanvar 2026
Drone Cameras

ISBAM-da yeni təyinatlar oldu.


İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli tərəfindən yeni təyinatlarla bağlı əmr imzalanıb.

Boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, əmrə əsasən Həmid Qara oğlu Cəfərov sədrin müşaviri, Aidə Rəcəb qızı Şirinova və İlhamə Cəlal qızı Qəsəbova departament rəhbərləri, Mirağa Hüseynağa oğlu Qafarov sədrin köməkçisi vəzifələrinə təyin ediliblər.
Təyin olunanlar haqqında qısa məlumat.
Həmid Cəfərov uzun illər Daxili İşlər orqanlarında yüksək vəzifələrdə çalışmış, Daxili İşlər Nazirliyinin siyasi şöbəsinin rəisi olmuşdur. Hüseyn Cavidin cənazəsini Sibirdən Azərbaycana gətirən komisiyanin sədri olmuş, ehtiyatda olan polkovnik və müharibə veteranıdır.
Aidə Şirinova Daxili İşlər orqanlarında yüksək vəzifələrdə çalışmış, Bərdə özünümüdafiə batalyonunun komandir müavini olmuş, Qarabağ veteranıdır.
İlhamə Qəsəbova AMEA folklor İnstitutunun əməkdaşıdır. Filologiya Elmlər üzrə fəlsəfə doktoru, Dosentdir. Prezident təqaüdçüsüdür.
Mirağa Qafarov ali təhsillidir.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …