Bazar , 19 May 2024
Drone Cameras

“Bir millətin iki mediası, iki diasporu ola bilməz” – Əli Həsənov

“BMT-nin 4 qətnaməsi qeyri-şərtsiz işğal altında torpaqların azad olunmasını, bu torpaqlardan didərgin salınmış qaçqın və məcburi köçkünlərin qayıtmasını tələb eləsə də, Ermənistan dövləti və işğalçı rejim hələ də torpaqlardan geri çəkilmək fikrində deyil, və konstriktiv mövqe nümayiş etdirmir”.Boyukmillet.com Azadinform-a istinadla xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün keçirilən “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransında bildirib. O qeyd edib ki, 20 ildən artıqdır danışıqlar gedir və 20 ildən artıqdır ki, dünyanın bütün beynəlxalq təşkilatları Azərbaycanın haqq səsinə dəstək olduqlarını bəyan ediblər, Dağlıq Qarabağın işğalına son verilməsini tələb ediblər, işğal zamanı didərgin düşmüş 1 milyon insanın geri dönməsini tələb ediblər: “Təəssüflər olsun ki, müasir dünyanın ədalətsizlikləri fonunda işğalçılıq siyasətini davam etdirirlər. Onlar hətta, 100 il bundan qabaq olmayan bir şeyi Türkiyənin adına zorla yazaraq “siz soyqırım törətdiniz” deyə bir dövləti, bir günahsız xalqı ittiham edirlər. Halbuki türklərə qarşı quldur dəstələri, terrorizm qrupları “Daşnakstun” partiyası və onun təşkilatçılığı ilə yaradılmış hərbi birləşmələr tarix boyu, 100 ildən artıq bir dövrdə həm müharibə, həm də sülh şəraitində dəfələrlə soyqırım hadisələri törədiblər”.

Ə.Həsənov bildirib Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir: “Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub: “Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: “Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan “Türkiyə və Azərbaycanın sevinci də, kədəri də birdir” və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən “bir millət, iki dövlət” formulası bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …