Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

İSBAM rəhbəri gediş haqqının artırılma qərarını doğru saymır: “Bu, əhalini daha da pis duruma salacaq”

“İctimai – Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) olaraq metro və avtobuslarda gediş haqqının qaldırılmasını qınayır və hökuməti köhnə qiymətə qayıtmağa çağırırıq”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Mia.az-a İSBAM-ın rəhbəri Samir Adıgözəlli deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda hökumətin qiymət artımı qərarı sosial vəziyyəti onsuz da ağır olan əhalini daha da pis duruma salacaq:

“Təəssüflər olsun ki,  hökumət qurumları  qəbul etdikləri qərarlarda yoxsul əhalinin şəraitini nəzərə almırlar. Camaatın kasıb təbəqəsi sürətlə genişlənir və daha da çətin şəraitdə yaşayır. Gündəlik tələbat mallarının süni qiymət artımının qarşısını almaq əvəzinə hökumətin də qiymət artımına getməsi vətəndaşları çıxılmaz duruma salacaq”.

Zülfiyyə,

Check Also

Tahir Budaqov Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib

Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, millət vəkili Ramil Həsən və bir qrup azərbaycanlı …