İctimai Siyasi Proseslər Beynəxalq Araşdırmalar Mərkəzi (İSBAM) rəhbərliyi bu gün Şəhid Generalımız Polad Həşimovun, Qəbələnin Vəndam qəsəbəsində yerləşən evində keçirilən sonuncu cümə axşamı mərasimində iştirak ediblər.
Ziyarət zamanı Şəhidimizin ailəsinə və yaxınlarına başsağlığı veriblər.
Boyukmillet.com xəbər verir ki, İSBAM rəhbəri Samir Adıgözəlli Şəhid Generalımız Polad Həşimovun yas mərasimində çıxış edib. Çıxış zamanı Samir Adıgözəlli Polad Həşimovun keçdiyi şərəfli yoldan və Azərbaycan gəncliyinə nümunə olaraq, ərazi bütövlüyümüz uğrunda görsətdiyi şücaətdən danışıb.
Qeyd edək ki, avqustun iyirmi üçü tarixində, Şəhid Generalımız Polad Həşimovun və Tovuz döyüşlərində həlak olan şəhidlərimizin 40 mərasimidir. Allah rəhmət etsin.
Ayna Fərhad