Şənbə , 18 May 2024
Drone Cameras

İSBAM sədri Samir Adıgözəlli son erməni təxribatları haqqında QHT.az-a danışıb

“Qondarma qrupun rəhbəri Araik Arturyan artıq başını itirib. Nə Rusiyadan, nə qərbdən, hətta Ermənistanın özündən belə dəstək görə bilmirlər. Ona görə də belə bəyanatlarla çıxış edib ki, erməni lobbisi bunların köməyinə çatsın. Azərbaycana təziqlərinin artırılması yönümündə çıxışlar edib. Biz belə təziqləri, ədalətsizlikləri 30 ildən artıqdır görürük. Bu mənasız açıqlamadır. İşğanyan çıxışında deyib ki, ordunu buraxmayacaq, mübarizəni davam elətdirəcəyini bildirib. Erməni Katalikosu da həmişə olduğu kimi bunları təbrik edib. Onların inamlı mübarizələrinin arxasında durduqlarını bildirib”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli QHT.az –a açıqlamasında bildirib. O, bu proseslərin yenidən zaman qazanmaq, dünya ictimaiyyətini inandırmaq, beynəlxalq təşkilatlardan dilənçı payı ummağın həmişəki xislətləri olduğunu vurğulayıb: “Biz bu məsələlərdə, xarici siyasətində, sülh proqramının həyata keçməsi ilə bağlı aparılan ardıcıl fəaliyyətini təbii ki, davam etdirəcəkdir. Bununla bərabər, Diaspor və digər müəyyən qurumlar, xaricdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla işləmək, xaricdəki ictimaiyyətin mövqeyini təxribatçı bu çıxışların qarşısında obyektiv fikir sərgiləmək lazımdır”.

Pərvanə Fərhadqızı

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …